"Mənim üçün matç 1-ci hissədə bitdi"
İspaniya kubokunun 1/4 finalında üz-üzə gələn "Atletiko" - "Barselona" (2:3) matçından sonra Madrid klubunun baş məşqçisi Dieqo Simeone maraqlı açıqlama verib.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, Simeone öz açıqlamasında bunları qeyd edib:
"Düşünürəm ki, bir Messi daha çox təhlükəlidir, nəinki "Real"ın üçlüyü-Ronaldo, Benzema və Beyl. Oyuna gəlincə isə, mənim üçün matç 1-ci hissədən sonra bitmişdi. Artıq biz 2-ci hissədə gələcək oyunlarımız barədə fikriləşirdik"
saytlarin hazirlanmasi