Məşqdə xəsarət alıb
İspaniyanın "Atletiko" (Madrid) klubunun türkiyəli yarımmüdafiəçisi Arda Turan zədələnib.
Sportal.az "NTVspor"a istinad xəbər verir ki, futbolçu komandanın son məşqində əzələsini dartıb.
Məşqi davam etdirə bilməyən Arda xəstəxanaya aparılıb. Futrbolçunun La Liqanın 21-ci turunda "Eybar"la matçda meydana çıxıb-çıxmayacağı bəlli deyil.
Qeyd edək ki, "Eybar" - "Atletiko" matçı sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
saytlarin hazirlanmasi