"Barselona" ilə müqaviləsi mövsüm sonunda bitəcək
"Barselona" ilə müqaviləsi mövsüm sonunda bitəcək braziliyalı futbolçu Daniel Alves, bir çox klubdan təklif almasına baxmayaraq katalon klubundan xəbər gözləyir.
Bu mövsümün ardından "Barselona" ilə müqaviləsi sona çatacaq 31 yaşlı müdafiəçi Alvesin gələcəyi qeyri-müəyyənliyini qoruyur.
Sportal.az xəbər verir ki,braziliyalı futbolçunun meneceri Dinorah Santa Ana, bir ispan radiosuna verdiyi xəbərdə, "Barselona"dan müqavilə yeniləmə təklifi gəlməməsi səbəbiylə kədərli olduqlarını ifadə edərək, ""Barselona"nın bizimlə təmasa keçməsini gözləyirdik amma bir zəng belə etməyiblər. Məyus olduq" deyib
Alvesin 7 ildir "Barselona"da oynadığını və karyerasını eyni klubda bitirmək arzusunda olduğunu söyləyən Santa Ana, son qərarı katalon klubu rəhbərliyinin verəcəyini söyləyib.
İspaniya xaricindən bir çox klubdan transfer təklifi almalarına baxmayaraq konkret heç bir şey olmadığını deyən Alvesin meneceri, "İngiltərəyə və ya başqa bir ölkəyə gedəcəyini söyləmək üçün hələ çox tezdir. Çünki bu mövzunu hələ oturub danışmamışıq. Onunla maraqlanan klublarla görüşürəm və məlumatlar topluyorum" şəklində danışdıb.
Braziliyalı futbolçunun 5-6 il daha futbol həyatına davam etmək istədiyini söyləyən Santa Ana, "Dani, özünə çox yaxşı baxan bir futbolçu və "Barselona"ya da çox bağlıdır. Nə o, nə də mən tələsmirik. İyuna qədər də gözləyə bilərik" ifadəsini söyləyib .