"Elçe" ilə matç Kasilyas üçün əlamətdar olacaq

15:05 - 22 Fevral 2015

XXIV turun matçı

 

İspaniya La Liqasının 24-cü turu çərçivəsində "Elçe" doğma meydanda lider "Real"ı qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, bu tur "Real"ın təcrübəli qapıçısı İker Kasilyas üçün yubiley matçı olacaq. Belə ki, qapıçı İspaniya La Liqasında 500-cü matçına çıxacaq. Keçirdiyi 499 matçda qapısında 510 top görən 33 yaşlı qapıçı üçün azarkeşlər xüsusi pankartlar da hazırlayıblar.

 

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 00:00-da start götürəcək matç "İdman Azərbaycan" kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Xəbər xətti