Flores komandadan getdi
İspaniyanın "Qetafe" klubunun baş məşqçisi Kiki Sançez Flores gözlənilmədən vəzifəsindən istefa verib.
Sportal.az xəbər verir ki, bu barədə 50 yaşlı mütəxəssisin özü açıqlamasında deyib.
Flores keçirdiyi mətbuat konfransında istefasının səbəbini belə izah edib: "Daha öncə üzləşdiyim xoş olmayan vəziyyətlə yenidən qarşılaşmamaq üçün istefa verdim. Doğru qərar verdiyimi düşünürəm. Rəhbərliyə, futbolçulara və azarkeşlərə təşəkkür edirəm".
Qeyd edək ki, son turda evdə "Espanyol"u 2:1 hesabı ilə məğlub edən "Qetafe" 26 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi