Bütün futbolçular Luis Enrikeyə inanır
Sportal.az xəbər verir ki, “Barselona”nın yarımmüdafiəçisi İvan Rakitiç komandanın bu mövsüm çıxışına toxunub və komanda üzvlərinin baş məşqçiyə olan etimadından danışıb:
“Luis Enrike baş məşqçimizdi və bu durumda ən doğrusunu o bilir. Biz ona inanırıq. Yaxşı çıxışımızın əsas səbəbi odur ki, kollektivdə hamı bir-birini dəstəkləyir.
Hal-hazırda “Real” bizi çempionatda qabaqlayır. Ancaq hələ qarşıda uzun yol var. Düşünürəm ki, “Barselona” bu mövsüm bütün titulları qazanmaq gücündədir".
Qeyd edək ki, “Barselona” İspaniya çempionatında 25 turdan sonra “Real”da 2 xal geri qalır. Çempionlar Liqasında isə 1/8 finalın ilk oyununda “Mançester Siti” üzrəində 2:1 hesablı səfər qələbəsi qazanıb.
saytlarin hazirlanmasi