La Liqada fevral ayının ən yaxşıları məlum oldu

00:59 - 7 Mart 2015

Bueno 4 qolla ən yaxşı oldu
 
İspaniya La Liqasında fevral ayının ən yaxşıları müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, "Rayo Valyekano"nun hücumçusu Albert Bueno ən yaxşı futbolçu seçilib. O, ötən ay dörd qol vurub.
 
"Valensiya"nın çalışdırıcısı Nunu Espiritu Santu ən yaxşı məşqçi adına layiq görülüb. Onun komandası fevralda “Espanol”u, “Hetafe”ni və “Kordoba”nı məğlub edib.

Xəbər xətti