Portuqaliyalı forvarddan gözlənilməz qərar
"Real"ın futbolçusu Kriştiano Ronaldo bu mövsümün sonunadək mətbuata heç bir açıqlama verməyəcək.
Sportal.az xəbər verir ki, Çempionlar Liqasında "Şalke"yə qarşı keçirilən 1/8 final mərhələsinin cavab oyunundan sonra Ronaldo bunarı deyib:
"Heç nə danışmayacağam. Bu mövsüm başa çatana qədər mətbuata açıqlama verməyəcəyəm" .
Qeyd edək ki, "Real Madrid" doğma meydanda "Şalke"yə 3:4 hesabı ilə məğlub olub. İki görüşün (2:0, 3:4) nəticəsinə görə, Madrid təmsilçisi növbəti mərhələyə yüksəlib.
saytlarin hazirlanmasi