La Liqada yeni bombardir
"Barselona"nın futbolçusu Lionel Messi İspaniya La Liqasının vahid bombardiri olub.
Sportal.az xəbər verir ki, bu, İspaniya La Liqasında 27-ci turunda "Eybar"a qarşı matçda baş verib.
Dubla imza atan argentinalı hücumçu bu mövsüm ölkə çempionatında vurduğu qolların sayını 32-ə yüksəldib. Bununla da o, uzun müddətdən sonra "Real"ın futbolçusu Kriştiano Ronaldonu (30 qol) geridə qoymağı bacarıb və ölkə çempionatının vahid bombardiri olub. Qeyd edək ki, Ronaldolu "Real" bu gecə saat 00:00-da "Levante"ni qəbul edəcək.
saytlarin hazirlanmasi