Çempionlar Liqasının qalibi dünyasını dəyişdi

18:13 - 15 Mart 2015

"Real"ın əfsanəvi qapıçısı vəfat etdi
 
Uzun sürən xəstəlikdən sonra “Real”ın əfsanəvi qapıcısı Antonio Betankort vəfat edib.
 
Sportal.az xəbər verir ki, 1961-71-ci illərdə Madrid təmsilçisinin şərəfini qoruyan qolkiper 78 yaşında dünyasını dəyişib.
 
“Kral klubu”nda 10 il forma geyinən Betenkort 6 dəfə İspaniya çempionu, 2 dəfə ölkə kubokunu və 1 dəfə Çempionlar Liqası (1965/66) kubokunu başı üzərinə qaldırıb. Bundan başqa təcrübəli əlcək sahibi müxtəlif illərdə İspaniya La Liqasında “Deportivo” və “Las Palmas” komandalarında “çərçivəni” qoruyub.  

Xəbər xətti