Bartomeu: "Messi ilə Enrike arasında problemə gəlincə, belə şeylər hər bir komandada ola bilər"
"Barselona"nın prezidenti Jozep Bartomeu birinci dövrədə qeyri-sabit çıxışlarını komandanın ətrafında baş verən hadisələrlə bağlayıb.
Sportal.az xəbər verir ki, klub rəhbəri baş məşqçi Luis Enrike ilə Lionel Messi arasında soyuq münasibətin yaranması komandanın oyununa da təsir edib. Bartomeu əvvəl argentinalı futbolçunun başqa kluba keçəcəyiylə bağlı yayılan xəbərlərə belə münasibət bildirib:
"Onda Messinin komandadan gedəcəyini deyirdilər. Ancaq mən bildirdim ki, Messi satılmır. Messi “Barselona”da yetişib və karyerasını da burada başa vuracaq. Yəqin ki, futbolçunun da fikri belədir. Messi ilə Enrike arasında problemə gəlincə, belə şeylər hər bir komandada ola bilər. Əsas odur ki, problemi aradan qaldırmaq aradan üçün çıxış yolu tapasan. Biz də məsələni vaxtında həll etdik. İndi hər şey qaydasında gedir və hədəfimiz həm La Liqanı həm də Çempionlar Lqası kubokunu qazanmaqdır"
saytlarin hazirlanmasi