Baş məşqçi daha 5 il Madrid təmsilçisində
“Atletiko” baş məşqçisi Dieqo Simenone ilə müqavilənin müddətini uzadıb.
Sportal.az xəbər verir ki, bu haqda İspaniya qəzetləri məlumat yayıb. İspaniya mediası yeni müqavilənin 2020-ci ilin iyunun 30-na qədər nəzərdə tutulduğunu yazıb. Müqavilənin maddi tərəfi haqda hələlik xəbər yoxdur. Klubun rəsmi saytının yaxın vaxtlarda yeni müqavilə ilə bağlı açıqlama yayacağı gözlənilir.
Xatırladaq ki, 44 yaşlı argentinalı mütəxəssis 2011-ci ildən “Atletiko”nun baş məşqçisi işləyir. Onun rəhbərliyi altında Madrid təmsilçisi 2012/13 mövsümündə İspaniya kuboku, 2013/14 mövsümündə İspaniya çempionu adını qazanıb və Çempionlar Liqasının finalına yüksəlib.
Bu uğurlu göstəricilərdən sonra Simeonenin İngiltərə klublarından birinə keçəcəyi iddia olunurdu.
saytlarin hazirlanmasi