Luis Enrike: “Argentinalı hücumçu özünü yaxşı hiss edir”
"Barselona"nın baş məşqçisi Luis Enrike futbolçusu Lionel Messinin son durumu haqda açıqlama verib.
Sportal.az xəbər verir ki, baş məşqçi argentinalı hücumçunun özünü yaxşı hiss etdiyini deyib. Enrike bildirib ki, Messi İspaniya La Liqasının 29-cu turunda "Selta"ya qarşı matçda oynamağa hazırdır.
Xatırladaq ki, Argentina millisinin hücumçusu ayağındakı şiş səbəbindən Salvador və Ekvadora qarşı yoxlama görüşlərini buraxmışdı.
saytlarin hazirlanmasi