Madrid təmsilçisi kolumbiyalı ilə razılığa gəldi
“Real” klubunun rəhbəri Florentino Peres “Monako”ya məxsus olan hücumçu Radamel Falkaonu transfer etməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, “Mançester Yunayted”də icarə əsasında çıxış edən kolumbiyalı futbolçunun keçidinə görə “Kral klubu” fransızlara 45 milyon avro verir.
Hələ madridlilər ötən yay forvardı heyətinə qatmağa yaxın olsa da, sonradan tərfələr maliyyə məsələsində razılığa gəlmədilər. İspaniya mətbuatının yaydığı xəbər görə, artıq madridlilər futbolçunun keçidini onun agenti Jorje Mendeşlə həll edib. Futbolçunun "Real"ın formasını geyinməsi üçün sadəcə tərəflər arasında rəsmi müqavilənin bağlanaması qalır.
Qeyd edək ki, cari mövsüm “Mançester Yunayted”in heyətində 23 oyun keçirən kolumbiyalı rəqib qapılarına 4 dəfə yol tapıb.
saytlarin hazirlanmasi