Aduriz bilbaoluları xilas etdi
İspaniya La Liqasında 30-cu turun qalan oyunları keçirilib.
Sportal.az xəbər verir ki, turun ən maraqlı qarşılaşması Bilbaoda "Atletik" və "Valensiya" komandaları arasında baş tutub. Cari mövsüm mükafatlar uğrunda mübarizə aparan “yarasalar” qələbəyə daha yaxın olsalar da, sonda xal itiriblər.
Fasiləyə qədər hesabın açılmaması ikinci hissəyə marağı daha da artırıb. 61-ci dəqiqədə Rodriqonun qoluyla qonaqları hesabda önə keçiblər. Lakin oyunun sonuna qədər məğlubiyyətdən xilas olmaq üçün əzmkar mübarizə aparan bilbaolular 90-cı dəqiqədə Adurizin sayəsində istəklərinə çatıblar.
“Atletik” – “Valensiya” 1:1
Qollar: Aduriz, 90 - Rodriqo De Paul, 61
saytlarin hazirlanmasi