Braziliyalının meneceri futbolçunun klubla razılığa gəlmədiyini açıqladı
"Barselona"nın müdafiəçisi Daniel Alveş mövsümün sonunda komandadan ayrılacaq.
Sportal.az xəbər verir ki, braziliyalı futbolçunun meneceri Dinorah Santa Ananın mətbuata açıqlamasında belə deyib:
"Klubla danışıqlar aparmaq üçün bir il gözlədik. Lakin onların təklifini qəbul etməyimiz mümkün deyildi. "Barselona" futbolçuya 1+2 müqavilə bağlamağı təklif etdi. Alveşi heyətinə çəlb etmək istəyən digər klubun şərti 3+1 illik anlaşmadır. Ona görə də kataloniyalılarla razılığa gələ bilmədik".
Qeyd edək ki, mövcud müqaviləsi cari mövsümün sonunda başa çatacaq Daniel Alveşin PJ-yə transfer olunacağı gözlənilir.
saytlarin hazirlanmasi