Ronaldonun sarı vərəqəsi ləğv edildi

19:00 - 10 Aprel 2015

Futbolçu "Eybar"a qarşı oynaya bilər
 
İspaniya Futbol Federasiyası "Real"ın Kriştiano Ronaldonun cəzası ilə bağlı şikayətinə baxıb.
 
Sportal.az xəbər verir ki, federasiya "Rayo Valyekano" ilə oyunda cəzalı duruma düşən portuqaliyalı futbolçunun sarı vərəqəsini ləğv edib. Rəqibi ilə mübarizədə simulyasiyaya yol vermədiyi aşkarlanan Ronaldo sabah La Liqanın 31-ci turunda "Eybar"la keçiriləcək oyunda iştirak edəcək.
 
Qeyd edək ki, Ronaldodan fərqli olaraq Xames Rodriqez və Toni Kroos cəzalı duruma düşdükləri üçün "Eybar"la oyunda "Real"a kömək edə bilməyəcəklər. 

Xəbər xətti