"Barselona" Albaya yeni müqavilə təklif etdi

20:05 - 11 Aprel 2015

Kataloniyalılar futbolçuyla 5 illik anlaşmaq istəyir
 
"Barselona" klubu sol cinah müdafiəçisi Jordi Albaya yeni müqavilə təklif edib.
 
Sportal.az xəbər verir ki, kataloniyalılar ispaniyalı futbolçuya  müqavilənin müddətini 2020-ci ilə qədər uzatmasını istəyib. 
 
Qeyd edək ki, J.Alba bu mövsüm La Liqada 23 matçda oynayıb. Onun "Barsa" ilə müqaviləsi 2017-ci ilin iyununda  başa çatır.

Xəbər xətti