Dieqo Kastro komandasını xilas etdi
İspaniya La Liqasında 31-ci turun qalan oyunları keçirilib.
Sportal.az xəbər verir ki, avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparan “Vilyarreal” bu tur “Xetafe”nin qonağı olub.
Fasiləyə qədər tərəflər qapılar qarşısında təhlükəli qol epizodları yaratsa da, fərqlənə bilməyiblər. 52-ci dəqiqədə Uçe penaltini dəqiqi yerinə yetirərək qonaqları hesabda önə keçirib. Lakin məğlubiyyətlə barışmayan ev sahibləri Dieqo Kastroyla hesaba tarazlıq gətirirb.
“Xetafe” – “Viyarreal” 1:1
Qollar: Kastro, 64 – Uçe, 52-pen
saytlarin hazirlanmasi