“Barselona”nın vitse prezidenti Luis Enrikedən narazıdır
İspaniya La Liqasının 31-ci turunda “Sevilya” ilə səfərdə (2:2) “Barselona”nın xal itirməsi klub rəhbərliyini də narazı salıb.
Sportal.az xəbər verir ki, “Barselona” klubunun vitse-prezidenti Jordi Mestre baş məşqçi Lusi Enrikenin 74-cü dəqiqədə Neymarı əvəzləməsinə fikir bildirib:
“Neymarın əvəzlənməsini başa düşmədim. Braziliyalı hücumçu “Sevilya”ya qarşı əla oynayırdı. Hətta qol vurmasına baxmayaraq baş məşqçi onu yenə əvəzlədi. Lusi Enrikenin niyə belə etdiyini anlamadım".
saytlarin hazirlanmasi