“Madrid klubuyla demək olar ki, razılığa gəlmişəm”
İker Kasiyasın “Real”da qalıb-qalmayacağından asılı olmayaraq, “Mançester Yunayted”in əsas qapıçısı David de Xea yayda Madrid klubuna transfer olunacaq.
Sportal.az xəbər verir ki, 24 yaşlı qolkiper “Kral klubu”na keçməsinə razılıq verərək ilkin danışıqlarda anlaşıb. Odur ki, mövsüm başa çatan kimi ispan qapıçının madridlilərlə müqavilə bağlayacağı gözlənilir. De Xea telekanallardan birinə açıqlamasında “Real”a keçidinə belə münasibət bildirib:
“Gələn mövsüm “Real”da forma geyinmək istəyirəm. Madrid klubuyla demək olar ki, hər bir məsələdə razılığa gəlmişəm. Sadəcə, klublar arasında anlaşma qalıb ki, müqavilə bağlayım”.
saytlarin hazirlanmasi