Müdafiəçidən 1,9 milyon avro
Xəbər verdiyimiz kimi, "Porto"nun müdafiəçisi Danilo növbəti mövsümdən "Real"ın heyətində çıxış edəcək.
Sportal.az xəbər verir ki, "kral" klubuna 31,5 milyon avroya başa gələn transferdən Danilonun sabiq komandası "Santos" da gəlir əldə edəcək. Belə ki, Braziliya klubu 23 yaşlı müdafiəçinin 2012-ci ildə "Porto"ya satdığı müqavilədə belə bir məqam var ki, futbolçu hər hansı bir komandaya transfer olunarsa 1,9 milyon avro gəlir əldə edəcək.
Qeyd edək ki, 1,9 milyon avro "Santos"un hesabına iki etapda, yəni yarısı bu il qalanı isə növbəti ildə daxil edilməlidi.
saytlarin hazirlanmasi