32 milyon avroluq təklif
Madrid “Real”ının futbolçusu Asyer İlyarramendi iş yerini dəyişə bilər. Sportal.az Marka nəşrinə istinadən xəbər verir ki, bu futbolçu üçün “Liverpul” “Kral klubu”nun qapısını döyüb.
Məlumatda deyilir ki, “Liverpul” bu futbolçu üçün artıq təklif göndərib. İngiltərə klubu yarımmüdafiəçi üçün 32 milyon avrodan keçməyə hazırdır.
Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsüm “Real”ın heyətində 25 oyun keçirib və bu oyunlardan 23-də meydana sonradan daxil olub.
saytlarin hazirlanmasi