Luis Enrike "Bavariya"nı məğlub etmək istəyir

13:33 - 25 Aprel 2015

"Hazırda həmin matçları düşünürük"
 
"Barselona"nın baş məşqçisi Luis Enrike Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkünü dəyərləndirib.
 
Sportal.az xəbər verir ki, o, yarımfinalda qarşılaşacaqları "Bavariya" ilə hər iki oyuna qələbə üçün çıxacaqlarını deyib:
 
"Xüsusi bir matç olacaq. Pep Qvardiola sabiq klubu "Barselona"ya qarşı ilk dəfə mübarizə aparacaq. Mən də Pepə birinci dəfə rəqib olacam. O, dünyanın ən yaxşı məşqçisidir".
 
L.Enrikenin sözlərinə görə, birinci oyunun evdə və ya səfərdə keçirmələrinin onlar üçün fərqi yoxdur:
 
"Ancaq "Bavariya" ilə oyuna kimi önəmli üç qarşılaşmamız var. Hazırda həmin matçları düşünürük".
 
Qeyd edək ki, "Barselona" və "Bavariya" klubları 6-12 may tarixlərində üz-üzə gələcək.

Xəbər xətti