Əndəlusluların növbəti qələbəsi
İspaniya La Liqasında 33-cü turun qalan oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Avropa Liqasında yarımfinala vəsiqə qazanan “Sevilya” La Liqada da uğurlu çıxışını davam etdirir.
Hesabat turunda əndəluslular doğma divarlar arasında ”Rayo Valyekano”nu sınağa çəkib. Birinci hissədə İborra və Karrikonun vurduğu qollarla meydan sahibləri rəqibinə 2:0 hesabı ilə qalib gəlib.
“Sevilya” – “Rayo Valyekano” 2:0
Qollar: Visente İborra, 17, Daniel Karriko, 43
saytlarin hazirlanmasi