"Atletiko"dan daha bir zərbə
İspaniya La Liqasının 34-cü turu çərçivəsində keçirilən "Vilyarreal" - "Atletiko" (0:1) matçında meydan sahibləri ciddi itki ilə üzləşib.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Vilyarreal"ın əsas qapıçısı Serxio Asenxo matçın 85-ci dəqiqəsində zədələnərək meydanı tərk edib. Oyundan sonrakı müayinədən sonra məlum olub ki, Asenxo mövsümün sonuna kimi komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, təcrübəli qapıçı bu mövsüm "Vilyarreal"ın heyətində 48 matçda forma geyinib.
saytlarin hazirlanmasi