Federasiya hökümətin qərarına qarşı çıxdı
İspaniya La Liqasında 37-ci turun oyunları təxirə salına bilər.
Sportal.az xəbər verir ki, buna səbəb İspaniya Futbol Federasiyası ilə birgə klubların oyunları boykot etməsidir.
İspaniya hökümətinin 2016/2017 mövsümündə oyunların teleyayım hüquqlarını mərkəzləşdirilmiş sistemdə təşkil etməsinə federasiya qarşı çıxıb. Hökümət qərar qəbul etmək istəyir ki, teleyayımdan gələn gəlirlərin 90 faizi La Liqa təmsilçiları arasında, yerdə qalan 10 faizi isə aşağı dəstə komandaları arasında bölüşməlidir.
Federasiya rəsmilərinin rəyinə görə, bu sistem futbolçuların maaşlarında böyük fərq yaradacaq. Bu da istər-istəməz klublarda narazılığın baş verməsinə gətirib çıxaracaq.
saytlarin hazirlanmasi