Beyl qərarını verdi

21:31 - 7 May 2015

Futbolçu İngiltərə klubunda oynamaq istəmir
 
Mövsümün sonunda "Real"dan gedəcəyi gözlənilən Qaret Beyl qərarını verib.
 
Sportal.az xəbər verir ki, uelsli futbolçu ən azı bir mövsüm daha "Real"da qalacağını açıqlayıb.
 
"Mançester Yunayted" 25 yaşlı futbolçunun transferi üçün 100 milyon avrosundan keçməyə hazırdır. Lakin Beyl "Mançster Yunayted"in formasını geyinmək istəmədiyini deyib.
 
"Real"ın prezidenti Florentino Perez də daha öncə verdiyi açıqlamasında Beyl üçün gələcək təklifləri dəyərləndirməyəcəklərini bildirib.
 
Qeyd edək ki, cari mövsüm "Real"ın heyətində 45 oyuna çıxan Beyl 17 qol vurub və 11 məhsuldar ötürmə verib. 

Xəbər xətti