“Qomeş tez-tez qaydanı pozurdu, ancaq cəzasız qalırdı”
İspaniya La Liqasının 36-cı turunda “Valensiya” ilə evdə heç-heçə (2:2) edən Madrid “Real”ı çempionluq yolunda ciddi zərbə alıb.
Sportal.az xəbər verir ki, madridlilərin müdafiəçisi Pepe hakimin idarəçiliyindən narazı qalıb. “Kral klubu”nun portuqaliyalı futbolçusu oyunla bağlı fikirlərini bölüşüb:
“Hakimlik haqqında danışmaq istəməzdim. Lakin bəzən elə məqam gəlir ki, artıq susmaq lazım deyil. Hakim bizim 4 futbolçuya sarı vərəqə göstərdi. Ancaq vərəqələri hansı qayda pozuntusuna görə verdiyini anlamadım. Qomeş tez-tez qaydanı pozurdu, ancaq cəzasız qalırdı. Hakimin onlara güzəştə getdiyini başa düşmədim. Referi belə etməklə işini daha da çətinlə saldı”.
saytlarin hazirlanmasi