İspaniya təmsilçisi Bakkanın yerini doldurur
“Monaka”ya məxsus və icarə əsasında “Mançester Yunayted” klubunda çıxış edən Radamel Falkao karyerasını İspaniyada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, kolumbiyalı forvardı “Sevilya” heyətinə qatmağa hazırlaşır.
Karlos Bakkanın yayda komandadan gedəcəyini ehtimal edən əndəluslular 29 yaşlı futbolçunu transfer etməklə hücumdakı boşluğu doldurmaq istəyir.
Qeyd edək ki, kolumbiyalı forvard “Mançester Yunayted”in heyətində 25 oyuna 4 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi