İspaniya millisinin sabiq üzvü karyerasını başa vurdu
İspaniya millisinin sabiq üzvü Xuan Kapdevilya karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, son olaraq “Lyers” klubunda forma geyinən müdafiəçi məşqdə ciddi zədə aldığından futbolla vidalaşmaq qərarına gəlib. 37 yaşlı müdafiəçi futbol karyerasını zədəyə görə bitirdiyi üçün üzgün olduğunu deyib.
Qeyd edək ki, “Espanyol”, “Atletiko”, “Vilyarreal” və “Deportivo” kimi klublarda forma geyinmiş Kapdevilya İspaniya yığma komandası ilə 2008-ci il Avropa, 2010-cu ildə isə dünya çempionu adını qazanıb.
saytlarin hazirlanmasi