Kataloniya təmsilçisi hücumçusunu itirdi
Çempionlar Liqasının yarımfinalında “Bavariya” ilə cavab qarşılaşmasında “Barselona”nın heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, birinci hissənin gedişində Kataloniya təmsilçisinin hücumçusu Luis Suares zədə alıb.
Uruqvaylı futbolçunun zədəsinin ağırlaşmaması üçün baş məşqçi Luis Enrike fasilədə hücumçunu əvəzləyib. İspaniya La Liqasının 37-ci turunda Madrid “Atletiko”su ilə oyunun vacib olduğunu nəzərə alan ispaniyalı mütəxəssis Suresi qorumalı olub. Lakin futbolçunun madridlilərə qarşı dəqiq oynayıb-oynamayacağı qarşıdakı günlərdə bilinəcək.
saytlarin hazirlanmasi