Mövsümün sonunda...
"Real"ın sabiq qapıçısı Aqustin Rodriges "Kral Klubu" ilə bağlı maraqlı açıqlamalar verib.
Sportal.az xəbər verir ki, veteran futbolçu qapıçı İker Kasilyas və Kriştiano Ronaldonun mövsüm sonunda komandadan ayrılacağını iddia edib.
İspaniyanın nüfuzlu nəşrlərindən olan “Marca”ya danışan Rodriges klubdakı son vəziyyəti analiz edib: “Son 1 ildi tənqidlərin mərkəzində olan Kasilyas komandadan ayrılacaq".
Sabiq qapıçının digər bir şok iddiası Ronaldo ilə bağlıdı. Rodrigesin fikrincə, portuqaliyalı ulduz da mövsümün sonunda klubla yollarını ayıracaq: "Azarkeşlər bu iki ismin gedişinə razılıq verəcək. Bu barədə çərşənbə gününə qədər bir xəbər eşidəcəksiniz"
saytlarin hazirlanmasi