"Barselona"nın vitse-prezidenti: "Messi düz deyirdi, mənim futboldan başım çıxmır"

14:14 - 14 May 2015

"Klub Messinin qiymətini yüksəltməyə kömək edir"

 

"Barselona"nın 1-ci vitse-prezidenti Xavyer Faus 2013-cü ilin dekabrında ulduz futbolçu Lionel Messi ilə müqavilənin uzadılması zamanı yaşadığı problemlərdən söz açıb. O vaxt Faus Messinin müqavilə şərtlərinin yaxşılaşdırılmasına qarşı çıxmışdı, ancaq sonda hər şey argentinalı futbolçunun istədiyi kimi olmuşdu. 

 

Sportal.az xarici KİV-lərə istnadən xəbər verir ki, Faus öz açıqlamasında bunları qeyd edib:

 

"Messi düz deyirdi, mənim futboldan başım çıxmır. Onunla aramızda anlaşılmazlıq var idi, lakin atası ilə bu məsələni həll etmək qərarına gəldik. Klub Messinin transfer bazarında qiymətinin artmasına, Messi isə klubun öz brendini qorumasına kömək edir".

Xəbər xətti