Son iki tur keçiriləcək
İspaniya məhkəməsi ölkə çempionatının dayandırılması barədə milli futbol federasiyasının qərarını ləğv edib.
Sportal.az xəbər verir ki, federasiya və İspaniya Futbolçular Assosiasiyasının (İFA) liqa oyunlarının dayandırılması ilə bağlı istəyi baş tutmayıb.
Beləliklə, La Liqanın son iki turu təqvimə uyğun keçiriləcək.
Qeyd edək ki, İspaniya hökümətinin 30 apreldə çıxardığı teleyayım hüquqlarının bölüşdürlüməsi haqqında yeni qanununa etiraz olaraq federasiya mayın 16-dan etibarən La Liqa və ikinci liqa daxil olmaqla bütün peşəkar futbol çempionatlarında oyunların müddətsiz təxirə salınacağını açıqlamışdı. Bu qərarı Xavi Hernandez, Jerar Pike və Andres İnyesta kimi futbolçular dəstəkləmişdi.
saytlarin hazirlanmasi