“Onlar elə bilirdilər ki, uelsli futbolçunun gəlişi ilə Ronaldo yaddan çıxacaq”
“Real” klubunun sabiq prezidenti Ramon Kalderon komandanın yarımmüdfiəçisi Qaret Beyllə bağlı maraqlı fikirlər bildirib.
Sportal.az xəbər verir ki, keçmiş rəhbər azarkeşlərin Uels millisinin üzvünə qarşı getməsinə pis baxıb:
“Düşünürəm ki, Beyl Madriddə qalacaq. İnanmıram ki, “Real” Beyli 100 milyon avroya satsın. “Yuventus”la oyunda uelsli futbolçu heç də pis oynamadı. İndiki halda ona qol vurmaq lazımdır. “Real”ın bu futbolçunu transfer etməsini səhv hesab etmirəm. Sadəcə, klub Ronaldoyla müqayisədə Beylin keçidinə daha çox pul xərclədi. Onlar elə bilirdilər ki, uelsli futbolçunun gəlişi ilə Ronaldo yaddan çıxacaq”.
saytlarin hazirlanmasi