Ramos zədələndi
"Real"ın (Madrid) müdafiəçisi Serxio Ramos La Liqanın son iki turunda meydana çıxmayacaq.
Sportal.az xəbər verir ki, buna ispaniyalı futbolçunun zədələnməsi səbəb olub.
29 yaşlı futbolçu Çempionlar Liqasının "Yuventus"la cavab matçında (1:1) zədələnsə də, oyunu sonadək davam etdirib. Lakin təcrübəli futbolçu La Liqanın qarşıdakı iki turunda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, "Real" La Liqanın son iki turunda "Espanyol" və "Qetafe" ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi