"Barselona"nın vitse-prezidenti etiraz etdi

02:55 - 16 May 2015

Jordi Kardoner: “Bu, yalnız “Barselona”ya deyil, bütün Kataloniyaya qarşı hücumdur”
 
“Barselona”nın vitse-prezindenti Jordi Kardoner Neymarın məhkəmə işiylə bağlı fikirlərini bildirib.
 
Sportal.az xəbər verir ki, klub rəsmisi məhkəmənin onlara təzyiqini siyasi səbəblərlə bağlayıb:
 
“Bu, yalnız “Barselona”ya deyil, bütün Kataloniyaya qarşı hücumdur. Çünki klub Kataloniya xalq hərəkatının rəmzi hesab olunur”.
 
Qeyd edək ki, məhkəmə “Barselona” rəhbərliyinə Neymar transferi zamanı ödənməmiş vergi borclarını aydınlaşdırmaq üçün 10 gün vaxt vermişdi.

Xəbər xətti