Uelsli futbolçu yenidən İngiltərəyə qayıdır
Uels millisinin aparıcı üzvü Qaret Beylin mövsümün sonunda Madridin “Real” klubundan ayrılacağı dəqiqləşib.
Sportal.az xəbər verir ki, 2013-cü ildə “Tottenhem”dən 85 milyon fint sterlinqə transfer olunan futbolçu yayda yenidən İngiltərəyə qayıdacaq.
“Kral klubu”nun prezidenti Florentino Peres uelsli futbolçuyla İngiltərənin ən güclü komandalarının maraqlandığını deyib. Klub prezidenti “Çelsi”, “Mançester Yunayted” və “Mançester Siti”nin Qaret Beyli heyətinə qatmaq istədiyini də gizlətməyib.
Qeyd edək ki, uelsli yarımmüdafiəçi cari mövsüm “Real” heyətində keçirdiyi 47 oyunda rəqib qapılarına 17 qol vurub.
saytlarin hazirlanmasi