Futbolçu isə komandadan ayrılmaq istəmir
“Sevilya”nın hücumçusu Karlos Bakkanın yayda komandadan ayrılacağı ilə bağlı məlumatlar dolaşır.
Sportal.az xəbər verir ki, 28 yaşlı kolmbiyalı futbolçunun mövsümün sonunda “Real”a transfer olunacağı bildirilir.
Lakin təcrübəli hücumçu “Sevilya”nı tərk etmək fikrində olmadığını deyib:
“Sevilya”dan ayrılmaq istəmirəm. Burada özümü yaxşı tərəfdən göstərə bilmişəm. Klub rəhbərliyi də mənim komandada qalmaq istədiyimi yaxşı bilir. Əgər onlar məni satmaq istəsələr, onda getməli olacağam”.
saytlarin hazirlanmasi