Madrid təmsilçisi italiyalı mütəxəssislə müqaviləni ləğv edir
Karlo Ançelottiylə müqaviləni ləğv etmək Madridin “Real” klubu üçün baha başa gələcək.
Sportal.az xəbər verir ki, “Kral klubu” mövsüm başa çatan kimi italiyalı mütəxəssislə yolları ayırmaq qərarına gəlib.
2016-cı ilin yayına qədər baş məşqçiylə anlaşması olan müqaviləni vaxtından əvvəl ləğv etmək üçün madridlilər Ançelottiyə 3,5 milyon avro təzminat ödəməlidir. “Real” klubunun rəhbərliyi müqavilə şərtlərini yerinə yetirməklə təcrübəli məşqçiylə yollarını tezliklə ayıracaq.
Qeyd edək ki, italiyalı mütəxəssisi baş məşqçi postunda “Napoli”dən ayrılacağı gözlənilən Rafael Benites əvəzləyə bilər.
saytlarin hazirlanmasi