Almaniya millisinin üzvü "Yuventus"da

02:25 - 22 May 2015

Turin təmsilçisi Xediranı heyətinə qatır 
 
Almaniya yığma komandasının üzvü Sami Xedira mövsümün sonunda “Real” klubu ilə yollarını ayıracaq.
 
Sportal.az xəbər verir ki, Madrid təmsilçisindən yeni müqavilə bağlamaq təklifini almayan 28 yaşlı futbolçu yayda İspaniyanı tərk edəcək.
 
2010-cu ildən “Real”ın şərəfini qoruyan Xediranın azad futbolçu statusuyla İtaliya çempionu “Yuventus”a keçəcəyi gözlənilir. 

Xəbər xətti