Xavi Hernandes ilin ən yaxşı oyunçusu seçildi
İspaniya millisinin və “Barselona” klubunun aparıcı üzvü Xavi Hernandes ilin ən yaxşı oyunçusu seçilib.
Sportal.az xəbər verir ki, ispaniyalı futbolçu El Mundo Deportivonun təsis etdiyi “Qızıl Top” mükafatına layiq görülüb.
Təcrübəli yarımmüdafiəçi karyerası ərzində müxtəlif illərdə bu mükafata sahib çıxıb. Sadəcə 2010-2011-ci illərdə Xavi sorğuda üçüncü olub. Həmin illərdə isə ilin ən yaxşı oyunçusu “Barselona”nın argentinalı ulduzu Lionel Messi seçilib.
Qeyd edək ki, mövsümün sonunda “Barselona”dan ayrılacaq futbolçu karyerasını Qətərin “Əl-Saddə” klubunda davam etdirəcək.
saytlarin hazirlanmasi