Emeri “Sevilya”dan ayrılacaq?

17:50 - 23 May 2015

43 yaşlı mütəxəssis mövsümün başa çatmasını gözləyir  
 
Baş məşqçi Unai Emeri “Sevilya” klubunu tərk edəcəyi haqda xəbərlər səngimək bilmir.
 
Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssisin başçılığı altında komanda ardıcıl ikinci ildir Avropa Liqasının finalına vəsiqə qazanıb.
 
43 yaşlı təcrübəli məşqçinin mövsümün sonunda “Sevilya”dan ayrılıb-ayrılmayacağı əndəluslu azarkeşlərinin marağına səbəb olub. Unai Emeri isə mövsümün başa çatmasını gözlədiyini deyib:
 
“Mənim işimə qiymət verənləri dəyərləndirirəm.Bu o demkdir ki, işimin öhdəsindən gələ bilirəm. “Sevilya”dan gedəcəyimlə bağlı yayılan xəbərlərə münasibət bildirmək istəmirəm. Belə məlumatlar məni maraqlandırmır. Klubun idman direktoru müqaviləni yeniləməsinə mövsümün sonunda baxılacağını deyib. Hazırda mən “Sevilya”nın uğuru barəsində düşünürəm. Qarşıda bizi finalda “Dnepr”lə çətin oyun gözləyir”.     

Xəbər xətti