Portuqaliyalı ulduz La Liqanın bombardiri oldu
İspaniya La Liqasında 38-ci turun oyunları ilə mövsümə yekun vurulub.
Sportal.az xəbər verir ki, son turda “Xetafe” ilə qarşılaşmada het-trik edən Madrid “Real”ının hücumçusu Kriştianu Ronaldo 48 qolla İspaniyada bombardir olub.
La Liqada bu mövsüm 35 oyuna çıxan portuqaliyalı ulduz 48 topdan 10-nu penalti zərbəsindən qola çevirib. “Barselona”nın argentinalı hücumçusu Lionel Messi isə 38 oyuna 43 qol vuraraq (5 penal) siyahıda ikinci olub.
saytlarin hazirlanmasi