Eddi İsrafilovun komandası La Liqada yerini qorudu

02:15 - 24 May 2015

“Qranada” mövsümü 17-ci yerdə başa vurdu     
 
Milli komandamızın üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Qranada” klubu İspaniya çempionatının yüksək dəstəsində qalmaq vəzifəsinin öhdəsindən gəlib.
 
Sportal.az xəbər verir ki, son tura qədər aşağı dəstəyə düşmək təhlükəsi olan “Qranada” öz meydanında Madrid “Atletiko”su ilə qolsuz bərabərə qalaraq mövsümü 17-ci sırada başa vurub.
 
Belədə ikinci diviziona düşən komandalar “Kordoba”, “Almeriya” və “Eybar” olub.

Xəbər xətti