"Ümid edirəm ki, biz növbəti mövsüm də birlikdə çalışacağıq"
Cari mövsüm heç bir turnirdə uğur qazana bilməyən "Real"da rəhbərlik baş məşqçi Karlo Ançelottini göndərmək istəyir.
Sportal.az xəbər verir ki, elə bir vəziyyətdə komandanın lideri Kriştianu Ronaldo sosial şəbəkədə italyan mütəxəssislə birgə çəkilmiş şəklini paylaşaraq, onun komandada qalmasını istəyib. Ronaldo "Twitter"də belə yazıb:
"Böyük məşqçi və əla insan. Ümid edirəm ki, biz növbəti mövsüm də birlikdə çalışacağıq".
Ançelotti 2013-cü ildə "Real"ın başına keşmiş və ilk mövsümündə komandaya Çempionlar Liqasını qazandırmışdı.
saytlarin hazirlanmasi