Kladio Bravo mükafata layiq görüldü
“Barselona”nın qapıçısı Klaudio Bravo “Zamora mükafatı”na layiq görülüb.
Sportal.az xəbər verir ki, bumükafat La Liqada bir mövsümə orta hesabla ən az qol “yeyən” qapıçıya təqdim olunur.Çilili qolkiper cari mövsüm çıxdığı 37 oyunda qapısında 19 top görüb ki, bu da orta hesabla hər oyuna 0.51 qol deməkdir. Primera tarixində bu 3-cü ən yaxşı nəticədir.
1993/94 mövsümündə “Deportivo”nun qapısnı qorumuş Fransisko Lianyo 0.47 ortalama nəticəsi ilə ən yaxşı göstəriciyə malikdir.
İkincilik isə başqa bir “Barselona”lı Viktor Valdesə məxsusdu. O, 2010/11 mövsümündə orta hesabla hər oyuna 0.5 qol nəticə göstərmişdi.
Qeyd edək ki, bu mükafatı bu vaxta qədər “Barselona”lı qapıçılar 20 dəfə qazanıb.
saytlarin hazirlanmasi