Peres: "Artıq komandamızda Karlo Ançelotti çalışmayacaq"
“Real”ın baş məşqçisi Karlo Ançelotti rəsmən vəzifəsindən azad edilib.
Sportal.az xəbər verir ki, klub prezidenti Florentino Peres bu gün Ançelotti ilə görüşüb və ona artıq “Real”da çalışmayacağını bildirib:
"Klubun Direktorlar Şurası qərar verdi ki, artıq komandamızda Karlo Ançelotti çalışmayacaq. Bu, çox ağır qərardı, ancaq ümid edirik ki, hər iki tərəf üçün də xeyirli olacaq".
Qarşıdakı bir həftə ərzində yeni baş məşqçinin adının açıqlanacağı bildirilib.
saytlarin hazirlanmasi