Suares finalda "Barselona"ya kömək edə bilməyəcək

02:05 - 27 May 2015

Uruqvaylı futbolçunun zədəsi tam sağalmayıb  
 
Çempionlar Liqasının yarımfinalında “Bavariya” ilə cavab oyununda zədə alan “Barselona”lı hücumçu Luis Suares hələ də özünə gələ biməyib.
 
Sportal.az xəbər verir ki, uruqvaylı futbolçu İspaniya ölkə kubokunun finalında “Atletik” (Bilbao) ilə qarşılaşmada komandasına kömək edə bilməyəcək.
 
Mayın 30-daNou Kamp” arenasında baş tutacaq görüşdə forma geyinə bilməyəcək hücumçu Çempionlar Liqasının finalına qədər hazır vəziyyətdə olacağı gözlənilir. “Barselona”nın baş məşqçisi Luis Enrike ölkə kubokunun finalında futbolçuya ehtiyac duymaması uruqvaylını əsas ÇL-nın finalına “Yuventus”la  oyuna saxladığı ehtimal olunur.                 

Xəbər xətti